Naxçıvan Muxtar Respublikasında Aşura günü ilə bağlı qanvermə aksiyaları keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Səhiyyə Nazirliyi tərəfindən keçirilən qanvermə aksiyaları 5 məscid və ziyarətgahda, habelə 10 səhiyyə müəssisəsində təşkil olunub.
Qanvermə aksiyaları Naxçıvan şəhəri üzrə Heydər Məscidində, Xanım Fatimeyi Zəhra məscidində, Cami məscidində, Babək rayonu üzrə Cəhri, Nehrəm, Zeynəddin, Qahab kənd xəstəxanaları və həkim ambulatoriyalarında, Şərur rayonu üzrə isə Püsyan kənd məscidi və Xanlıqlar kənd İmamzadəsində keçirilir.
Həmçinin qanvermə aksiyaları Ordubad rayonu üzrə Ordubad Rayon Mərkəzi Xəstəxanasında, Culfa rayonu üzrə Bənəniyar kənd həkim ambulatoriyasında, Şahbuz rayonu üzrə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında baş tutub.
O cümlədən, aksiya Kəngərli Rayonu üzrə Qarabağlar və Xok kənd həkim ambulatoriyasında, Sədərək rayonu üzrə isə Sədərək Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir.