Müsəlman Alimləri Birliyi: "Makrona yazığımız gəlir"

Müsəlman Alimləri Birliyi: "Makrona yazığımız gəlir" Əl-Karadaği: "Biz başqalarının dinlərini və müqəddəs qanunlarını qanuniləşdirərək hədəfə alan cəmiyyətlərin gələcəyindən narahatıq"
Din
3632
3 Oktyabr , 2020 11:42
Müsəlman Alimləri Birliyi: Makrona yazığımız gəlir
Əli Mühyəddin əl-Karadaği

“Cənab Makron, böhran içində olan sizsiniz, mənəvi, insani və siyasi böhranlarla çökürsünüz”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Mühyəddin əl-Karadaği Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı çıxışına cavab olaraq söyləyib.

“İslam dini kartondan düzəltdiyiniz saxta liderlərin günahına cavabdeh deyil. İslam dinində heç bir böhran yoxdur. İslam dini heç vaxt kürəyini heç bir idarəçiyə dayamadı. Ona qarşı çıxanlara da öz baxışlarını qəbul etdirmək üçün qılınc qaldırmadı. Ona görə dinimiz üçün narahat olmayın. Bu, Allahın dinidir. Seçicilərin kefinə söykənən idarəetmə sistemi deyil.

Cənab Makron, gələcək İslam dininindir. Biz başqalarının dinlərini və müqəddəs qanunlarını qanuniləşdirərək hədəfə alan cəmiyyətlərin gələcəyindən narahatıq. XXI əsrdəyik. İndiki zamanda dini müharibələr xəyalı ilə orta əsrlər dövüründə yaşayan hökmdara (Makrona) yazığımız gəlir”, - Əli Mühyəddin əl-Karadaği vurğulayıb.

Son xəbərlər

Orphus sistemi