Müfti Salman Musayev təkmilləşdirmə kurslarını bitirən müdavimlərə tapşırıqlar verib

Müfti Salman Musayev təkmilləşdirmə kurslarını bitirən müdavimlərə tapşırıqlar verib Təkmilləşdirmə kurslarında növbəti buraxılış olub
Din
18 Dekabr , 2014 19:43
Müfti Salman Musayev təkmilləşdirmə kurslarını bitirən müdavimlərə tapşırıqlar verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təşkil edilən Təkmilləşdirmə Kurslarının növbəti buraxılışı olub. “Report”un xəbərinə görə, bu münasibətlə keçirilən tədbiri açan QMİ sədrinin müavini Hacı Salman Musayev və Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli müdavimləri təbrik edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını mərasim iştirakçılarına çatdıran Hacı Sabir Həsənli Təkmilləşdirmə Kurslarının əhəmiyyətini vurğulayıb, bu layihənin davamlı həyata keçməsinə dəstək verən ölkə başçısı İlham Əliyevə ölkə dindarları adından minnətdarlığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev Azərbaycanda din-dövlət münasibətləri, bu sahədə son illər görülən işlər və din xadimləri qarşısında duran vəzifələr barədə ətraflı danışıb, müdavimlərə tapşırıqlarını verib.

Tədbirin sonunda təkmilləşdirmə kurslarını uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub, Qurani-Kərim hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi