Mübariz Qurbanlı: "Yad ünsürlərin Azərbaycanın milli-mənəvi dəyərlərinə təsirinin qarşısı birlikdə alınmalıdır"

Mübariz Qurbanlı: "Yad ünsürlərin Azərbaycanın milli-mənəvi dəyərlərinə təsirinin qarşısı birlikdə alınmalıdır" Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün qloballaşan dünyada böyük dövlətlərin mədəniyyətinin kiçik dövlətlərin mədəniyyətini təsir altına alması prosesi müşahidə olunur. Ona görə də milli mənəvi dəyərlərimizin qorunması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə müxtəlif dövlət qurumları birgə fəaliyyət göstərir”.
Din
19 Aprel , 2018 12:15
Mübariz Qurbanlı: Yad ünsürlərin Azərbaycanın milli-mənəvi dəyərlərinə təsirinin qarşısı birlikdə alınmalıdır
Report/ Elchin Murad

Bakı. 19 aprel. REPORT.AZ/ "Bu gün qloballaşan dünyada böyük dövlətlərin mədəniyyətinin kiçik dövlətlərin mədəniyyətini təsir altına alması prosesi müşahidə olunur. Ona görə də milli mənəvi dəyərlərimizin qorunması böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə müxtəlif dövlət qurumları birgə fəaliyyət göstərir”.

"Report"un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfransda deyib.

O bildirib ki, yad ünsürlərin Azərbaycanın milli-mənəvi dəyərlərinə təsirinin qarşısı birlikdə alınmalıdır. 

M.Qurbanlı vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunması hər bir vətəndaşın, o cümlədən hər bir valideyinin borcudur: “Valideyinlər öz övladlarına milli mənəvi dəyərlərimizi aşılamalıdır. Yəni hər birimiz milli mənəvi dəyərlərimizi qorumalıyıq”.

Son xəbərlər

Orphus sistemi