Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb Səfir iki ölkə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb
Din
2 Noyabr , 2016 17:28
Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoralla görüşüb.

Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, səfiri təyinatı münasibətilə təbrik edən M.Qurbanlı Azərbaycanla Türkiyə arasında mövcud olan səmimi, qardaşlıq münasibətindən danışıb. 

O bildirib ki, Türkiyə-Azərbaycan xalqları və dövlətləri arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə davam edəcək. O, bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Səfir Erkan Özoral Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və müavini Səyavuş Heydərov da iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi