Mübariz Qurbanlı Saatlıda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Saatlıda vətəndaşları qəbul edib Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll olunub
Din
15 Dekabr , 2015 16:37
Mübariz Qurbanlı Saatlıda vətəndaşları qəbul edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 15-də Saatlıdakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Sabirabad, İmişli, Beyləqan və Xocavənddən olan vətəndaşları qəbul edib. DİQDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl M.Qurbanlı, Milli Məclisin deputatı Əflatun Amaşov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qəbula gəlmiş vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatına alınması, onların fəaliyyəti, Quran kurslarının təşkili, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər. 

M.Qurbanlı vətəndaşların bir sıra müraciətlərini yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması üçün isə göstərişlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi