​Mübariz Qurbanlı: “Məscidin yandırılması cəhdinin arxasında kimlərin durmasından asılı olmayaraq cəmiyyət bunu pisləyir”

​Mübariz Qurbanlı: “Məscidin yandırılması cəhdinin arxasında kimlərin durmasından asılı olmayaraq cəmiyyət bunu pisləyir” "Artıq məscidin fəaliyyəti bərpa edilib"
Din
28 Noyabr , 2014 11:54
​Mübariz Qurbanlı: “Məscidin yandırılması cəhdinin arxasında kimlərin durmasından asılı olmayaraq cəmiyyət bunu pisləyir”

Bakı. 28 noyabr. REPORT.AZ/ “Qaraçuxurdakı məscidin yandırılması ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır. Bu araşdırmaların ilkin nəticələri ilə bağlı məlumat verilib. Hadisə baş verdikdən dərhal sonra Komitənin sədr müavini Siyavuş Heydərov oraya gedib. Hazırda məscidin axundu ilə sıx əlaqə saxlayırıq. Artıq məscidin fəaliyyəti bərpa edilib”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, belə cəhdlərin arxasında kimlərin durmasından asılı olmayaraq, cəmiyyət bu halları pisləyir: “Bu cəhdləri edənlər öz istəklərinə nail ola bilməyəcəklər”.

Son xəbərlər

Orphus sistemi