Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edib Qəbul zamanı 20-yə yaxın vətəndaşın müraciəti dinlənilib
Din
30 Sentyabr , 2017 17:31
Mübariz Qurbanlı Masallıda vətəndaşları qəbul edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 30-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

M.Qurbanlı və Masallıı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hwseynov qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, böyük rəhbərin adını daşıyan mərkəzdə ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Qəbul zamanı 20-yə yaxın vətəndaşın müraciəti dinlənilib.

Vətəndaşların müraciətləri əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmaların fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi və sair məsələlərlə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi