Mübariz Qurbanlı: "İlahiyyat İnstitutuna bina ayrılıb"

Mübariz Qurbanlı: "İlahiyyat İnstitutuna bina ayrılıb" Bakı. 24 may. REPORT.AZ/ Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq.
Din
24 May , 2018 10:23
Mübariz Qurbanlı: İlahiyyat İnstitutuna bina ayrılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ "Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq instituta bina da ayrılıb: "Bina Bakı metropoliteninin "20 Yanvar" stansiyası ətrafında yerləşir. Bundan başqa, institutun Nizamnaməsi təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.

Son xəbərlər

Orphus sistemi