Mübariz Qurbanlı Gürcüstana gedib, beynəlxalq konfransda iştirak edəcək

Mübariz Qurbanlı Gürcüstana gedib, beynəlxalq konfransda iştirak edəcək Tbilisidə “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. "Report"un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Tbilisidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayənd
Din
25 Sentyabr , 2023 16:28
Mübariz Qurbanlı Gürcüstana gedib, beynəlxalq konfransda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

“Report”un yerli bürosu xəbər verir ki, o, Tbilisidə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyub, tər güllər düzüb.

DQİDK-nin sədri dörd günlük səfər çərçivəsində “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

Eyni zamanda, Gürcüstan Hökuməti Aparatında Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin din xadimləri, parlament sədrinin müavini Arçil Talakvadze, İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sarjveladze, Gürcüstanın Katolikos-Patriarxı II İliya və azərbaycanlılarla görüşəcək.

Ssəfər çərçivəsində Gürcüstan Hökumətinin Administrasiyasında “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum” imzalanacaq.

Səfər çərçivəsində həmçinin "Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi” adlı panel müzakirələri təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi