Mübariz Qurbanlı: "Dünyada dialoqa, əməkdaşlığa ehtiyac var"

Mübariz Qurbanlı: "Dünyada dialoqa, əməkdaşlığa ehtiyac var" Bakı. 27 dekabr. REPORT.AZ/ Din mövzusunda yazan mətbuat nümayəndələri ilə daimi görüşlər keçirilməlidir. Çünki din mövzusu hər zaman həssas olub. Dünyada ayrı-ayrı dinlər, sivilizasiyalar barədə məlumatlı olmaq lazımdır. Bəzən bizə elə gəlir ki, dinlər haqqında biliklərə malikik. Təbii ki, mütəxəssislər daha çox dolğun bilgiyə sahibdir.
Din
288
27 Dekabr , 2017 11:27
Mübariz Qurbanlı: Dünyada dialoqa, əməkdaşlığa ehtiyac var
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report/ Orkhan Azim

Bakı. 27 dekabr. REPORT.AZ/ "Din mövzusunda yazan mətbuat nümayəndələri ilə daimi görüşlər keçirilməlidir. Çünki din mövzusu hər zaman həssas olub. Dünyada ayrı-ayrı dinlər, sivilizasiyalar barədə məlumatlı olmaq lazımdır. Bəzən bizə elə gəlir ki, dinlər haqqında biliklərə malikik. Təbii ki, mütəxəssislər daha çox dolğun bilgiyə sahibdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, din sahəsində az bilgi ilə müəyyən istiqamətdə mövqe sərgiləmək asan iş deyil.

Komitə sədri əlavə edib ki, bu gün dindən sui-istifadə halları müşahidə edilir: "Bəziləri radikal qruplar yaradaraq bölgələrdə müəyyən qarşıdurmalara, faciələrə səbəb olaraq bu və ya digər formada dünyaya təsir göstərirlər. Bu səbəbdən dünyada dialoqa, əməkdaşlığa ehtiyac var".

Son xəbərlər

Orphus sistemi