Mübariz Qurbanlı DTX-nın əməliyyatı barədə açıqlama verib

Mübariz Qurbanlı DTX-nın əməliyyatı barədə açıqlama verib "Keçirilən əməliyyatlar həmin qrupları və onları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır"
Din
26 Oktyabr , 2017 11:28
Mübariz Qurbanlı DTX-nın əməliyyatı barədə açıqlama verib
Report

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Dövlət Təhlükəsizliyi Xidmətinın keçirdiyi sonuncu əməliyyatlar radikal qrupların o hissəsinə yönəlib ki, onlar silaha əl atırlar, bu yolla terror törətməyə cəhd göstərirlər".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, keçirilən əməliyyatlar həmin qrupları və onları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır: "Həmin dairələr başa düşməlidirlər ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər zaman hazırdır və cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əksik etməyəcək. Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ifşa etməliyik".

Son xəbərlər

Orphus sistemi