Mübariz Qurbanlı: “Azərbaycan multikultural dövlət xəttini əsas götürüb”

Mübariz Qurbanlı: “Azərbaycan multikultural dövlət xəttini əsas götürüb” “Müharibələr dövlətlərə öz ambisiya niyyətlərini həyata keçirmək üçün lazımdır. Din xadimləri dövlət başçılarına bununla bağlı təsir göstərməlidir. Azərbaycan bu yöndə multikultural dövlət xəttini əsas götürüb”.
Din
27 Sentyabr , 2023 12:03
Mübariz Qurbanlı: “Azərbaycan multikultural dövlət xəttini əsas götürüb”

“Müharibələr dövlətlərə öz ambisiya niyyətlərini həyata keçirmək üçün lazımdır. Din xadimləri dövlət başçılarına bununla bağlı təsir göstərməlidir. Azərbaycan bu yöndə multikultural dövlət xəttini əsas götürüb”.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanda keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransın açılış mərasimində səsləndirib.

Komitə sədri bildirib ki, multikultural dövlət xəttinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda da ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Azərbaycanda indiyədək iki böyük dini mövzuda sammit keçirilib. Dünyanın tanınmış liderləri iştirak edib. Mühüm sənədlər, Bakı bəyannaməsi adlı sənəd qəbul edilib", - Mübariz Qurbanlı bildirib.

Komitə sədri onu da bildirib ki, Azərbaycanda 16 kilsə var və onlardan biri də erməni kilsəsidir:

"Orada bütün əlyazmalar saxlanılıb. Erməni kilsəsinin rəhbəri Bakıda olduğu zaman özü şəxsən oranı ziyarət edib. Biz dini siyasətə qatmamalıyıq. Din adı altında bunu etməməliyik. Bu, Allaha qarşı çıxmaqdır".

Son xəbərlər

Orphus sistemi