Mübariz Qurbanlı axund və imamlara xəbərdarlıq edib

Mübariz Qurbanlı axund və imamlara xəbərdarlıq edib "Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq"
Din
6 Fevral , 2015 14:11
Mübariz Qurbanlı axund və imamlara xəbərdarlıq edib

Bakı. 6 fevral. REPORT.AZ/ "Hansısa məsciddə xütbə zamanı orada çalışan imam və ya axund qanunvericiliyə zidd hərəkət, eləcə də xütbəsində dini ədavəti qızışdıran çağırışlar edirsə, yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bizə bu fakt daxil olan kimi Komitə olaraq müvafiq dini idarə ilə əlaqə saxlayırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əgər belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək: "Hər hansı xırda təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq. Bu kimi nöqsanların qarşısını hüquq-mühafizə orqanları, eləcə də vətəndaşlarımız alacaq".

Komitə sədri əlavə edib ki, Azərbaycandakı məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur: "Orada axundlar və imamlar təyin olunur və onlar öz işini aparır. Eyni zamanda, Komitə tərəfindən qanuna əməl edilməsinə nəzarət olunur".

Son xəbərlər

Orphus sistemi