Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişikliyi təsdiqləyib

Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişikliyi təsdiqləyib Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişikliyi təsdiqləyib.
Din
20 Dekabr , 2022 12:51
Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişikliyi təsdiqləyib

Milli Məclis dini qurumların dövlət qeydiyyatına alınması qaydasına dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, parlamentin bu gün keçirilən “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklər nəzərdə tutulmuş qanun layihələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Həmin bənddə təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

“Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklik isə vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub.

Son xəbərlər

Orphus sistemi