Azərbaycanda məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması qadağan edilir

Azərbaycanda məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması qadağan edilir Bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq
Din
29 Sentyabr , 2017 12:27
Azərbaycanda məzarlarda dəbdəbəli sinə daşlarının qoyulması qadağan edilir

Xaçmaz. 29 sentyabr. REPORT.AZ/ "Məzar və sinə daşları barədə yeni qərar qəbul olunacaq".  

Bunu "Report"un Şimal bürosuna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

M. Qurbanlı bildirib ki, yeni qərara görə, qəbirstanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirilməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək: "Bu qaydalar yenilənir və yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Qaydalara görə, qəbirlər üzərində dəbdəbəli daşların qoyulması zamanı ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman İslam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq".

M.Qurbanlı vurğulayıb ki, bununla insanların dəfndən sonrakı xərcləri nisbətən azalacaq.

Son xəbərlər

Orphus sistemi