Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda müşavirə keçirilib

Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda müşavirə keçirilib Bakı. 17 avqust. REPORT.AZ/ Lənkəran şəhərində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar- müşavirə keçirilib.
Din
17 Avqust , 2018 17:25
Lənkəranda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda müşavirə keçirilib

Bakı. 17 avqust. REPORT.AZ/ Lənkəran şəhərində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini ekstremizm” mövzusunda seminar- müşavirə keçirilib. 

"Report"un məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Lənkəran, Astara, Masallı,Yardımlı və Lerik rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturların rəhbərləri, ziyalılar, dindarlar və gənclər iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilən Azərbaycanın ərazi bütövlüyü uğrunda və Aprel döyüşləri zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr olunmuş, eləcə də dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov çıxış edərək belə bir tədbirin Lənkəranda keçirilməsinə görə minnətdarlığını bildirib. 

T.Qaraşov Azərbaycanda, o cümlədən Lənkəranda milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu, rayonda yaşayan müxtəlif millətlər arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.

DQİDK-nin sədr müavini Səyavuş Heydərov təmsil etdiyi qurumun tabeliyində İlahiyyat İnstitutu və Mənəvi DəyərlərinTəbliği Fondunun yaradılmasını, din xadimlərinin həyat səviyyəsinin və maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsini cənab Prezident İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə və digərləri çıxışlarında insanların, o cümlədən gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün sağlam dini bilgilərə yiyələnmələrinin, bu istiqamətdə maarifləndirmə tədbirlərinin ardıcıl davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Seminar-müşavirə mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi