Din xadimi: "Kütləvi iftar süfrələrinin açılması doğru deyil"

Din xadimi: "Kütləvi iftar süfrələrinin açılması doğru deyil" “Bütün tələb olunanlar insanların sağlamlığı üçündür”
Din
4 May , 2021 10:35
Din xadimi: Kütləvi iftar süfrələrinin açılması doğru deyil

“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

Onun sözlərinə görə, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır:

“Bütün tələb olunanlar insanların sağlamlığı üçündür. Xəstəlik varsa orada ibadət ola bilməz. Eyni zamanda, harada xəstəlik var orada dini ayinlərin icrası çətin olacaq. İnsanlar ailə üzvlərinin iştirakı ilə iftar süfrələrində dualar edərək mövcud problemin tezliklə aradan qalxmasını istəyə bilərlər”.

Hacı Surxay
Hacı Surxay

Hacı Surxan qeyd edib ki, kütləvi şəkildə bir araya gəlmək doğru deyil:

“Qoyulan şərtlərə ciddi əməl etməliyik ki, tezliklə əvvəlki vəziyyətə qayıda bilək. Məscidlərə onlayn şəkildə dualarımızı edirik və düşünürük ki, insanlara faydamız olur. Gündəlik olaraq duaları eşidə bilirlər. Kütləvilik sadəcə xəstəliyin uzanmasına zəmin yaradır”.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Mayın 13-də isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

Son xəbərlər

Orphus sistemi