Koul Darem: “Siyasətin formalaşmasında dini nümayəndələrin səsinin eşidilməsi çox vacibdir”

Koul Darem: “Siyasətin formalaşmasında dini nümayəndələrin səsinin eşidilməsi çox vacibdir” “Beynəlxalq siyasət formalaşdırılarkən dini dairələrin nümayəndələrinin səsinə qulaq asmaq, onu nəzərə almaq çox vacibdir”.
Din
15 Mart , 2023 12:12
Koul Darem: “Siyasətin formalaşmasında dini nümayəndələrin səsinin eşidilməsi çox vacibdir”

“Beynəlxalq siyasət formalaşdırılarkən dini dairələrin nümayəndələrinin səsinə qulaq asmaq, onu nəzərə almaq çox vacibdir”.

“Report” xəbər verir ki, bunu G20 Dinlərarası Forum Assosiasiyasının (ABŞ) prezidenti Koul Darem Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, bu konfransda iştirak etməyin onun üçün şərəf olduğunu vurğulayıb: “Bir çox insanlar G20 platformasının yalnız iqtisadi məsələlərlə məşğul olduğunu düşünür. Amma əslində, biz son on il ərzində iqtisadiyyatın hüdudlarını aşan daha geniş məsələlərlə işləyirik. Məsələn, fəaliyyətimizi dayanıqlı inkişaf məqsədlərinin təmin edilməsinə, din və ayrı-seçkiliklə bağlı məsələlərə yönəldirik”.

K.Darem bildirib ki, G20 xüsusən də Çin xalqına və digərlərinə qarşı ayrı-seçkiliklə mübarizə mövzusunda vebinarlar keçirib.

O qeyd edib ki, bu konfransın məqsədi islamofobiya ilə necə mübarizə aparılacağını müəyyənləşdirmək üçün vəziyyətin düzgün qiymətləndirilməsidir: “Bu il biz sülhün qurulmasına, COVID-19 pandemiyasından sonrakı bərpaya, iqlim dəyişikliyinə və digər məsələlərə diqqət yetirməliyik”.

Son xəbərlər

Orphus sistemi