Səyavuş Heydərov: "Xurafatçılar sağlamlığa yönəlmiş məhdudiyyətlərin İslama qarşı olduğunu iddia edirlər"

Səyavuş Heydərov: "Xurafatçılar sağlamlığa yönəlmiş məhdudiyyətlərin İslama qarşı olduğunu iddia edirlər" "Bu il də Aşura mərasimi pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud qaydalara əsasən həyata keçiriləcək".
Din
13 Avqust , 2021 17:58
Səyavuş Heydərov: Xurafatçılar sağlamlığa yönəlmiş məhdudiyyətlərin İslama qarşı olduğunu iddia edirlər

"Bu il də Aşura mərasimi pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud qaydalara əsasən həyata keçiriləcək".

"Report"un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Kütləvi dini mərasimlər: ictimai təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən videokonfransda çıxışı zamanı deyib.

Səyavuş Heydərov
Səyavuş Heydərov

O təəssüflə qeyd edib ki, dini ayinlərin, mərasimlərin təşklinə də təsir edən pandemiya şəraitində ibadətlərin dövrün tələblərinə uyğun həyata keçirilməsinə bəzi qüvvələr başqa don geyindirməyə çalışırlar: "Maraqlı dairələrin əlində alətə çevrilmiş, xurafata meyilli şəxslər sağlamlığa yönəlmiş məhdudiyyətlərin İslama qarşı olduğunu iddia edirlər. Vətəndaşlarımızın sağlamlığının təhlükə altında olduğu dövrdə atılan zəruri addımlara bu cür münasibət qərəzli olmaqla yanaşı, hansısa qruplaşmaların və ya fərdlərin öz maraqlarını din adından istifadə edərək həyata keçirməyə cəhd etmələri dinin özünə də zərbə vurur".

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda dinə, milli-mənəvi, tolerant dəyərlərə münasibət, eləcə də diqqət və qayğı həmişə yüksək olub.

Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu yolun davamı olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların ölkədə dini etiqad azadlığını həyata keçirmələri üçün bütün şəraitin yaradılması, məscidlərin, ziyarətgahların tikilməsi, təmir-bərpası, dini icmalar və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi məsələlərini prioritet kimi müəyyənləşdiriblər. Dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəylik ən yüksək səviyyədə təzahür edir. Bunun nəticəsini real olaraq 44 günlük Vətən müharibəsində gördüyümüzü vurğulayan sədr müavini dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar və milli-dini həmrəyliyimiz sayəsində Ermənistanın münaqişəni dini motivə çəkmək cəhdlərinin də iflasa uğradığını deyib.

Çıxışında din və elmin vəhdətinin zəruriliyinə də toxunan S.Heydərov söyləyib ki, dini inancın elmi təfəkkürlə əlaqəsi çox mühüm məsələlərdən biridir. Elmi texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə hər bir dəyər elmlə uzlaşmalıdır. Xurafat elementləri, məzhəbçilik ideyaları və siyasiləşdirilmiş dinin daşıyıcıları dinimizin düşmənləridir. Yaxın Şərq ölkələrindəki vəziyyəti xatırladan natiq bildirib ki, Azərbaycanın böyük Zəfərini gözü götürməyən qüvvələrin ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidlərini nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. O, İslam dininin həqiqi mahiyyətinə uyğun olaraq, təbliğ edilməsində, dinin elmi tərəflərinin cəmiyyətə aşılanmasında din xadimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Son xəbərlər

Orphus sistemi