Komitə sədrinin müavini: ​“Ramazan ayında və Qədr gecələrində məscidlərdə ictimai asayiş qorunur”

Komitə sədrinin müavini: ​“Ramazan ayında və Qədr gecələrində məscidlərdə ictimai asayiş qorunur” “Narahatedici məqamlar qeydə alınmayıb”
Din
30 İyun , 2016 12:47
Komitə sədrinin müavini: ​“Ramazan ayında və Qədr gecələrində məscidlərdə ictimai asayiş qorunur”

Bakı. 30 iyun. REPORT.AZ/ "Ramazan ayı boyunca, eləcə də Qədr gecələrinin qeyd olunduğu günlərdə Bakıda və bölgələrdə olan məscidlərdə ictimai asayişin pozulması halları, narahatedici məqamlar qeydə alınmayıb".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib.

O vurğulayıb ki, Azərbaycanda aidiyyəti dövlət qurumları, hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir: "Hüquq-mühafizə orqanları tərəfindən Ramazan ayı ərzində ictimai asayişin qorunması məsələsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bizim də onlarla bu sahədə koordinasiyalı fəaliyyətimiz var. Həmin tədbirlərin təhlükəsizliyi təmin olunur".

Sədr müavini bildirib ki, məscidlərin nəzdində fəaliyyət göstərən icmalar tərəfindən də təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. 

Son xəbərlər

Orphus sistemi