Komitə sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Komitə sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb Komitə sədri qonaqlara Azərbaycandakı dini durumla bağlı məlumat verib
Din
1 Sentyabr , 2016 20:17
Komitə sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi və "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb.

M.Qurbanlı aprel ayında İsveçə səfərini və keçirdiyi görüşləri xatırladaraq bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.

Qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi