Kanada Tibb Assosiasiyası İslama qarşı hücumlara görə üzr istəyib

Kanada Tibb Assosiasiyası İslama qarşı hücumlara görə üzr istəyib Kanada Tibb Assosiasiyası müsəlman qadınları təhqir etdiyinə görə müsəlman icmasından üzr istəyir.
Din
158
25 Dekabr , 2021 19:00
Kanada Tibb Assosiasiyası İslama qarşı hücumlara görə üzr istəyib

Kanada Tibb Assosiasiyası müsəlman qadınları təhqir etdiyinə görə müsəlman icmasından üzr istəyib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Assosiasiyanın elmi jurnalının baş redaktoru Kirsten Patrik redaksiya heyətinin bir çox təşkilat və şəxslərin mənfi reaksiyaları ilə üzləşdiyini, daha sonra nəşri sildiyini bildirib.

Onun sözlərinə görə, nəşrin məsləhətçiləri arasında kifayət qədər müsəlman yoxdur, lakin təşkilat problemi həll etməyə çalışır.

Qeyd edək ki, qalmaqallı nəşr müsəlman qadınların baş geyimlərini tənqid edib.

Son xəbərlər

Orphus sistemi