Kamal Abdulla Azərbaycan və dünya din xadimlərinin görüşünün keçirilməsini təklif edib

Kamal Abdulla Azərbaycan və dünya din xadimlərinin görüşünün keçirilməsini təklif edib "Bu gün Azərbaycan multikulturalizmin təntənəsini təmin edən səbəblərin ən başlıcalarından biri xalqın, millətin illər, əsrlər boyu bu ideyalarla yaşaması, onun qabaqcıl nümayəndələrinin tərbiyə etmələri göz önünə gəlir".
Din
19 May , 2022 10:44
Kamal Abdulla Azərbaycan və dünya din xadimlərinin görüşünün keçirilməsini təklif edib
Kamal Abdulla

"Bu gün Azərbaycan multikulturalizminin təntənəsini təmin edən ən başlıca səbəblərdən biri xalqın, millətin illər, əsrlər boyu bu ideyalarla yaşaması, öz nümayəndələrini bu ruhda tərbiyə etməsidir".

"Report" xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmi ilk növbədə cəmiyyətin tərbiyəedici orqanı olaraq sovet dövrlərinə qədər gəlib: "Həmin dövrdə sanki multikultural dəyərlərin yanaşı işlənməsini görmüşdük. Lakin zaman keçdikcə bunun süni yanaşma olduğunun şahidi olduq. Xalqın canında yaşayan potensialı ulu öndər Heydər Əliyev üzə çıxardı. Prezident İlham Əliyev isə multikulturalizmi Azərbaycan siyasətinin aparıcı əsas xətlərindən biri elan etdi. Azərbaycan multikulturalizmi bir çox ölkələrdə öz sözünü deyə bildi".

K.Abdullayev qeyd edib ki, onlarla ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi adlı fənn tədris olunur: "Əslində bu, Azərbaycanı öyrənmək ehtirası idi. Bu fənn özündə bir çox sahəni birləşdirirdi. Ona görə də bir çoxları, o cümlədən xarici dövlətlər bunun vasitəsilə Azərbaycanı öyrənmək istəyirdi. Bu gün multikultural potensialdan istifadə edərək dinlərin, xalqların bir-birinə yanaşmasını böyük nailiyyət kimi qəbul edirik. Hesab edirəm ki, bu istiqamətdə görüləcək işlər hələ var".

"Ölkəmizdə daim dünyanın dini liderləri ilə görüşlər keçirilir. Təəssüflər olsun ki, bunu Azərbaycanın bütün dini bölgələrinə şamil etmək olmaz. Bəlkə də hər hansı xristian ölkəsinin mərkəzdən kənar ərazilərində də belədir. Təklif edərdim ki, Azərbaycan din xadimləri ilə dünya din xadimlərinin görüşü keçirilsin. Gənc din xadimlərinin belə görüşlərə ehtiyacı var. Belə təmaslar multikulturalizm potensialının daha geniş şəkildə özünü göstərməsinə səbəb olacaq" - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi