KAICIID Dialoq Mərkəzi Yeni Zelandiyada törədilmiş qanlı terror aktları ilə bağlı bəyanat yayıb

KAICIID Dialoq Mərkəzi Yeni Zelandiyada törədilmiş qanlı terror aktları ilə bağlı bəyanat yayıb Avstriyada yerləşən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurası Yeni Zelandiyanın Kristçörç şəhərindəki iki məsciddə törədilmiş qanlı terror aktları ilə bağlı bəyanatla çıxış edib.
Din
18 Mart , 2019 15:41
KAICIID Dialoq Mərkəzi Yeni Zelandiyada törədilmiş qanlı terror aktları ilə bağlı bəyanat yayıb

Avstriyada yerləşən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurası Yeni Zelandiyanın Kristçörç şəhərindəki iki məsciddə törədilmiş qanlı terror aktları ilə bağlı bəyanatla çıxış edib.

"Report"a daxil olan bəyanatda deyilir: "Cümə namazından sonra baş verən bu hücumun Yeni Zelandiya əhalisinin cəmi 1% -ni təşkil edən müsəlman icmasında yaratdığı böyük qorxu və terror xofunu təsvir etmək mümkün deyil. Dünyanın bir çox bölgələrində dinc dindarlara qarşı törədilən hücumlar artmaqda davam edərkən bu hücum dünyada azlıqlara qarşı qərəzli yanaşmanın və zorakılığın açıq göstəricisidir. Dinindən asılı olmayaraq dinc ibadətçilərə qarşı törədilən hücumlar ümumbəşər insan hüquqlarının pozulması deməkdir.

Törədilmiş mənfur hücumun əsas məqsədi terror aktı törədildikdən sonra onun görüntülərini sosial mediada yayımlayaraq qorxu və terror xofu yaratmaqdan ibarətdir. Sosial mediadan belə bir şəkildə istifadə olunması və bunun canlı yayımlarda nifrət təbliğatı aparan qruplarla bağlantısının olması bizə aydın şəkildə göstərir ki, zorakılıq tətbiq edən müxtəlif növ ekstremist qruplar nifrətçiliyi yaymaq, zorakılığa təhrik etmək üçün sosial mediadan istifadə edirlər. Buna qarşı xüsusilə həssas olan gənclədir, lakin eyni zamanda cəmiyyətin heç bir təbəqəsinin buna qarşı müdafiəsi yoxdur.

İstər canlı yayımda olsun, istər adi qaydada, şiddətə təhrik etmək cinayətdir, ona görə də biz təkcə Yeni Zelandiyanın deyil, bütün dünyanın dini liderlərini və dini icmalarını sülh işində birgə dinc yaşayış naminə dinlər arasında, mədəniyyətlər arasında dialoq apararaq terrora qarşı əlbir olmağa, gündəlik fəaliyyətlərində səslərini, sülhə çağırışlarını internet vasitəsilə canlı olaraq yayımlamağa çağırırıq.

Biz bütün qurbanların ailələrinə, dostlarına, bu hücumdan zərər çəkmiş hər kəsə, Yeni Zelandiya xalqına dərin başsağlığı verir, ölkə Baş Nazirinin "Yeni Zelandiyada zorakılığa yer yoxdur" mesajına əks-səda verərək əlavə edirik: “Zorakılığa bütün dünyada yer yoxdur."

Direktorlar Şurasının üzvləri:

Şeyxülislam Allahşükür PaşazadəQafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar Arası Əməkdaşlıq Mərkəzinin baş katibi;

Mitropolit Emmanuel,

Ekumenik Patriarxiyanın Fransa Ekzarxı;

Yepiskop Migel Ayuso,

Lupersianatitulyar yepiskopu,Dinlərarası Dialoq Üzrə Pontifik Şurasının Katibi,Vatikan;

Dr. Hamad Al-Majed,

İlahiyyatçı və din xadimi, Səudiyyə Ərəbistanı;

Dr. Məhəmməd Sammak,

Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi, Livan;

Koşi Nivano,

Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti, Yaponiya;

MarkPolson,

Kenterberi Arxiyepiskopunundini işlər üzrə katibi, Anqlikan kilsəsinin dinlərarası məsələlər üzrə müşaviri, Böyük Britaniya;

Devid Rozen,

Ravvin, Amerika Yəhudi Komitəsinin dinlərarası məsələlər üzrə beynəlxalq direktoru;

Dr. Kezevino Aram,

Şanti AşramHinduist dini platformasının başçısı, Hindistan.

Qeyd edək ki, KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. 

Son xəbərlər

Orphus sistemi