“Jewish Journal”: Azərbaycan tolerantlıq oazisi kimi xarakterizə olunur

“Jewish Journal”: Azərbaycan tolerantlıq oazisi kimi xarakterizə olunur ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin Azərbaycanı 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarı çaşqınlıq yaradıb. Çünki əhalisinin əksəriyyəti müsəlman
Din
14 Fevral , 2024 13:27
“Jewish Journal”: Azərbaycan tolerantlıq oazisi kimi xarakterizə olunur

ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin Azərbaycanı 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarı çaşqınlıq yaradıb. Çünki əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan qədim zamanlardan bəri həm yəhudi, həm də xristian icmalarının evi olan dünyəvi respublikadır.

“Report” xəbər verir ki, bu barədə “Jewish Journal”da dərc olunan “Ekstremizmə azadlıq, yoxsa ekstremizmdən azad olmaq? ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası ilə bağlı ciddi problemlər” başlıqlı məqalədə deyilir.

Məqalədə qeyd olunub ki, dünyanın aparıcı KİV-ləri Azərbaycanı çox vaxt “tolerantlıq oazisi” kimi xarakterizə edir. Müəllif əlavə edib ki, bu nailiyyətin tərkib hissələrindən biri rəsmi Bakının ölkəyə ekstremizmin daxil olmasına və fəaliyyət göstərməsinə imkan verməməsidir.

Məqalədə vurğulanıb ki, USCIRF-in aparıcı əməkdaşlarından biri əvvəllər ABŞ-də Azərbaycan əleyhinə kampaniyaları ilə tanınan, iki əsas erməni lobbi qrupundan biri olan Amerika Erməni Assambleyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsində çalışmış Daniella Aşbaxyandır.

Son xəbərlər

Orphus sistemi