QMİ sədri: "İnternetdə cinsi istismar təhlükəsi xüsusi narahatlığa səbəb olur"

QMİ sədri: "İnternetdə cinsi istismar təhlükəsi xüsusi narahatlığa səbəb olur" QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dəstəyi, İtaliyanın Vatikandakı səfirliyi və “Telefono Azzurro” uşaq qaynar xəttinin birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal dünyada uşaq və yeniyetmələrin qorunması probleminə həsr olunmuş
Din
8 Fevral , 2023 13:26
QMİ sədri: İnternetdə cinsi istismar təhlükəsi xüsusi narahatlığa səbəb olur

"Təəssüf ki, internet üzərindən edilən təsirlər nəticəsində uşaq və yeniyetmələrin törətdikləri çoxsaylı zorakılıq, başqasını və ya özünü şikəst etmə, qətl və intihar halları baş verir, internetdə cinsi istismar təhlükəsi isə xüsusi narahatlığa səbəb olur".

"Report" xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dəstəyi, İtaliyanın Vatikandakı səfirliyi və “Telefono Azzurro” uşaq qaynar xəttinin birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal dünyada uşaq və yeniyetmələrin qorunması probleminə həsr olunan “Təhlükəsiz İnternet Günü” görüşündə çıxışı zamanı deyib.

Gənc nəslin internetin təhlükələrindən qorunması probleminin fövqəladə mühüm və aktual olduğuna toxunan Şeyxülislam A.Paşazadə son illərdə mövzuya həsr olunmuş tədbirlərin bir çoxunun mütəmadi olaraq Vatikanda keçirilməsinin nümunəvi ənənəyə çevrildiyini təqdir edib.

O, təəssüflə qeyd edib ki, cinayətkar şəbəkələr nəzarətsiz qalan uşaq və yeniyetmələrlə asanlıqla əlaqə qura bilir, onları yoldan çıxararaq müxtəlif cinayətlərə sövq edir: "Gələcəyimizin təminatı üçün belə hallara qarşı zaman itirmədən tədbirlər alınması zəruridir".

Şeyxülislam qlobal İnternet məkanını gənc nəsil üçün təhlükəsiz təlim-tədris, ünsiyyət və özünü ifadə etmə məkanına çevirmək üçün hökumətləri, ictimai xadimləri, təhsil və dini təşkilatları sıx məqsədyönlü əməkdaşlığa dəvət edib.

A.Paşazadənin çıxışı maraqla qarşılanıb. Tədbirdə Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov iştirak edib.

Son xəbərlər

Orphus sistemi