İlham Əliyev: "Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir"

İlham Əliyev: "Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir" "Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir".
Din
14 Aprel , 2023 13:14
İlham Əliyev: Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir

"Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir".

"Report" xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb.

Dövlət başçısı bildirib ki, yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar: "Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir".

Son xəbərlər

Orphus sistemi