"İslam həmrəyliyi ili" çərçivəsində Bakıda beynəlxalq konfrans keçiriləcək

"İslam həmrəyliyi ili" çərçivəsində Bakıda beynəlxalq konfrans keçiriləcək "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusu müzakirə olunacaq
Din
6 Aprel , 2017 14:30
İslam həmrəyliyi ili çərçivəsində Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 12-də Bakıda "İslam həmrəyliyi ili" çərçivəsində "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Konfrans QMİ, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə keçiriləcək.

Tədbir saat 10.00-da "Marriott" mehmanxanasında başlayacaq.

Son xəbərlər

Orphus sistemi