İranlı general Bakıda şeyxülislamdan xahiş edib: "Bizə dua edin"

İranlı general Bakıda şeyxülislamdan xahiş edib: "Bizə dua edin" QMİ sədri İranın Sərhəd Qoşunlarının komandanını qəbul edib
Din
11 Mart , 2016 15:39
İranlı general Bakıda şeyxülislamdan xahiş edib: Bizə dua edin

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan və İran dövlətləri arasında mövcud tarixi, mədəni, dini-mənəvi əlaqələrin əhəmiyyəti vurğulanıb, bu əlaqələrin iki dost, qardaş və qonşu xalqlarımızın həyatın bütün sahələrində tərəqqisinə xidmət etdiyi bildirilib. Xalqlarımız birləşdirən dəyərlər srasında ortaq mənəvi dəyərlərin rolunu xüsusi qeyd edən iranlı qonaq Azərbaycana sayca üçüncü səfərindən, Azərbaycanın dövlət başçısı və azərbaycanlı həmkarı ilə keçirdiyi görüşlərdən məmnunluğunu vurğulayıb.

Sərhədçilər qarşısında mühüm vəzifələr sırasında narkotik qaçaqmalçılığı və terrorizmlə mübarizənin ön sıralarda durduğunu bildirən qonaq, sərhədçilərin fəaliyyətlərinin uğuru üçün şeyxülislamdan din xadimi olaraq xeyir-dualarını əsirgəməməsini xahiş edib.

QMİ sədri Azərbaycanın ərazi bütövlüyünün bərpasının xalqımız üçün prioritet əhəmiyyət daşıdığına diqqət çəkərək, həm coğrafi, həm də mənəvi sərhədlərimizin təhlükəsizliyinin qorunması işinə uğurlar diləyib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi