Heydər məscidində şəhidlərin xatirəsi anılıb

Heydər məscidində şəhidlərin xatirəsi anılıb Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.
Din
27 Sentyabr , 2021 09:40
Heydər məscidində şəhidlərin xatirəsi anılıb

Bakıdakı Heydər məscidində 27 sentyabr - Anım Günü münasibətilə mərasim keçirilib.

"Report" xəbər verir ki, məsciddə namaz qılınıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.

Son xəbərlər

Orphus sistemi