"Heydər" məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb

"Heydər" məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb Axund Rüfət Qarayev: "Bayram namazının müəyyən fərqlər olduğundan ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verilib"
Din
422
22 İyun , 2017 19:23
Heydər məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb
Report.az

Bakı. 22 iyun. REPORT.AZ/ "Heydər" məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq. 

Bu barədə "Report"a məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib. 

Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.

R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: "Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər".

Qeyd edək ki, iyunun 25-də "Heydər" məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə "Quran" tilavət ediləcək, dualar olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq. 

Son xəbərlər

Orphus sistemi