“Heydər” məscidində İstanbuldakı terror zamanı şəhid olanların ruhuna dualar oxunub

“Heydər” məscidində İstanbuldakı terror zamanı şəhid olanların ruhuna dualar oxunub Gün ərzində qılınan bütün namazlarda şəhidlərin ruhuna dualar ediləcək
Din
104
12 Dekabr , 2016 14:01
“Heydər” məscidində İstanbuldakı terror zamanı şəhid olanların ruhuna dualar oxunub

Bakı 12 dekabr. REPORT.AZ/ Bu gün Bakının Binəqədi rayonunda yerləşən "Heydər" məscidində zöhr namazı qılındıqdan sonra ulu öndər Heydər Əliyev xatırlanıb, ruhuna dualar oxunub.

Məsciddən "Report"a verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində törədilən terror aktı nəticəsində şəhid olanların ruhlarına da dualar edilib: "Namazda İstanbulda terror aktı nəticəsində şəhid olanların ruhuna dualar oxunub. Gün ərzində qılınacaq bütün namazlarda şəhidlərin xatirəsini anılması davam edəcək, onlara Allahdan rəhmət diləniləcək".

Xatırladaq ki, İstanbulda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub. Ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.

Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi