​"Heydər" məscidində 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunacaq

​"Heydər" məscidində 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunacaq Soyqırıma həsr olunmuş moizə oxunacaq
Din
30 Mart , 2016 12:14
​Heydər məscidində 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunacaq

Bakı. 30 mart. REPORT.AZ/ Aprelin 1-də "Heydər" məscidində qılınacaq cümə namazında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü xatırlanacaq, soyqırım qurbanlarının ruhuna dualar oxunacaq.

Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, cümə günü məsciddə qılınacaq növbəti vəhdət namazı əsnasında 31 mart hadisələrinə həsr olunmuş moizə oxunacaq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları qurbanlarına Allahdan rəhmət diləniləcək. 

Son xəbərlər

Orphus sistemi