Hacı Şahin Həsənli: "Bu gün yuxularımızın gerçəkləşdiyi gündür"

Hacı Şahin Həsənli: "Bu gün yuxularımızın gerçəkləşdiyi gündür" "Bu gün bayram-bayram qarışıb. Çünki bu gün biz müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu, çox böyük tarixi hadisədir".
Din
184
13 May , 2021 09:34
Hacı Şahin Həsənli: Bu gün yuxularımızın gerçəkləşdiyi gündür

"Bu gün bayram bayrama qarışıb. Çünki bu gün biz müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu, çox böyük tarixi hadisədir".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.

"Biz bu günlərin həsrəti ilə yaşamışıq. Biz gecələr yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük. Bu gün yuxularımızın gerçəkləşdiyi gündür. Həqiqətən də hissləri ifadə etmək mümkün deyil. Artıq Şuşada quruculuq işləri başlayıb və Şuşaya əsl sahibləri qayıdıb. Azərbaycan xalqı öz ərazisində yaşayan bütün din təmsilçiləri ilə mehribandır", - o əlavə edib.

Qeyd edək ki, Şuşada 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.

Son xəbərlər

Orphus sistemi