Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Azərbaycana səfərə gəlib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Azərbaycana səfərə gəlib Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Din
26 Avqust , 2021 15:47
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Azərbaycana səfərə gəlib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət qurumunun yaydığı məlumatda bildirilib.

Nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Nümayəndə heyətini Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov müşayiət ediblər.

Səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət qurumları ilə yanaşı, DQİDK rəhbərliyi ilə də görüşlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi