Bakı. 25 sentyabr. REPORT.AZ/ "Məkkədə Həcc ziyarəti zamanı günvurma problemi ilə üzləşən azərbaycanlı zəvvarların vəziyyəti qənaətbəxşdir".
Bunu "Report"a açıqlamasında hazırda Məkkədə olan
Onun sözlərinə görə, hazırda xəstəxanada 3-4 nəfər azərbaycanlı zəvvar var: "Onların arasında qadınlar da var. Xəstələrə baş çəkdim, vəziyyətləri qənaətbəxşdir".
Hacı Həmdulla bildirib ki, Məkkədə havalar həddindən artıq istidir və Ərəfat dağında olduqları zaman zəvvarlar bəzi problemlər yaşayıblar. O qeyd edib ki, havanın çox isti olması şəkər və təzyiqölçən cihazların işinə mane olub: "Günvurma hadisələri də əsasən həmin ərazidə baş verib. İndi biz Minadayıq. Hələ ki, zəvvarlar hərəsi bir tərəfdədir. Toplanıb sentyabrın 26-da Məkkəyə qayıdacağıq. Minada isti hava o qədər də fəsad yaratmır. Çünki burada sərinləşdiricilər quraşdırılıb. Həddindən artıq yüksək temperatur olduğu üçün soyuducu vasitələr də yüksək səviyyədə işləyə bilmir".
Qrup rəhbəri Həcc ziyarəti zamanı dünyasını dəyişən azərbaycanlı zəvvar Fəxrəddin Zeynallının nə zaman dəfn olunacağının hələ dəqiqləşmədiyini vurğulayıb: "Dəfnin vaxtı Səudiyyə Ərəbistanının qərarından asılıdır. Zəvvarımızın sentyabrın 26-sı günortadan sonra dəfn olunacağı gözlənilir. Azərbaycanın Səudiyyə Ərəbistanındakı konsulluğunun nümayəndəsi də dəfn mərasimini diqqətdə saxlayır".
H.Babayev əlavə edib ki, azərbaycanlı zəvvarlar sentyabrın 29-na keçən gecədən etibarən Vətənə dönməyə başlayacaqlar.