Gəncədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Gəncədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib "Radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır"
Din
30 Sentyabr , 2016 20:48
Gəncədə “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili Qoşunların Gəncə şəhəri ərazisində yerləşən N saylı hərbi hissəsində “Dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Gəncə bölgəsi üzrə şöbənin müdiri Asif Əliyev və müdir müavini Elmar Fətəliyev, şöbənin digər əməkdaşları, hərbi hissənin zabit və gizir heyəti, eyni zamanda əsgərlər iştirak ediblər.

S.Heydərov milli-mənəvi dəyərlərin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumat verib, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür halların yaranma səbəbləri və təbliğatına qarşı mübarizə yollarından da geniş bəhs edib. O bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır: "Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir."

S.Heydərov sonda İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlər barədə iştirakçılara geniş məruzə edib.

Son xəbərlər

Orphus sistemi