​"Fitnə" sənədli filmi Ağcabədidə nümayiş etdirilib

​"Fitnə" sənədli filmi Ağcabədidə nümayiş etdirilib Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib
Din
10 İyun , 2016 20:58
​Fitnə sənədli filmi Ağcabədidə nümayiş etdirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Laçın Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Laçın rayon Təhsil şöbəsində “Fitnə” sənədli filminin nümayişi olub.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Laçın rayon Təhsil şöbəsinin müdir əvəzi Adil Alıyev, Laçın Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı sektorunun müdiri Pərviz Sevdimalıyev rayon dindarları və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Alıyev film barədə məlumat verib.

C.Əvəzzadə çıxışı zamanı deyib ki, dövlət tərəfindən dini radikalizmlə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri əksini tapıb.

Sonda “Fitnə” sənədli filmi nümayiş etdirilib.        

Son xəbərlər

Orphus sistemi