​Ərdoğan: "Amerikanı müsəlmanlar kəşf edib"

​Ərdoğan: "Amerikanı müsəlmanlar kəşf edib" Onun sözlərinə görə, müsəlmanlar Yeni Dünyaya 1178-ci ildə gedib çıxıblar
Din
172
17 Noyabr , 2014 00:37
​Ərdoğan: Amerikanı müsəlmanlar kəşf edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Amerikanı Xristofor Kolumb yox, müsəlmanlar kəşf ediblər.

"Report" xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən I Latın Amerika ölkələrinin Müsəlman Dini Liderlərinin sammitinin bağlanış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan iddia edir ki, müsəlmanlar Yeni Dünyaya 1178-ci ildə gedib çıxıblar və Xristofor Kolumb öz gündəliyində Kuba adasında təpənin başında məscid gördüyünü qeyd edir.

Türkiyə prezidenti Kuba hakimiyyəti razılıq verəcəyi təqdirdə, həmin yerdə yenidən məscid tikəcəklərinə vəd verib. 

Son xəbərlər

Orphus sistemi