DQİDK sədrinin birinci müavini Şamaxı və Qobustan dindarları ilə görüşüb

DQİDK sədrinin birinci müavini Şamaxı və Qobustan dindarları ilə görüşüb Görüşlərdə ziyalılar, dini icma sədrləri, imam və axundlar iştirak ediblər
Din
172
10 Mart , 2016 14:34
DQİDK sədrinin birinci müavini Şamaxı və Qobustan dindarları ilə görüşüb

Bakı. 10 mart. REPORT.AZ/ Qobustan rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Komitə sədrinin birinci müavini Səyyad Salahlı,Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH-in başçısı Adil Məmmədov rayondakı dini durum haqqında məlumat verərək, bu cür tədbirlərin əhəmiyyətindən danışıb.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Şirvan bölgəsinin yetişdirdiyi görkəmli elm xadimləri, ədib və mütəfəkkirlər, xüsusilə din xadimləri barəsində danışaraq, gənclərin bu istiqamətdə tərbiyəsindən söhbət açıb. O, çıxışında dini radikalizm və onun fəsadları, həmçinin radikalimlə mübarizə sahəsində dini icmaların fəaliyyətinin tənzimlənməsi barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə həmçinin QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Ənvər Qayıbov, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Hilmilli kənd Molokan ruhani-xristian dini icmasının sədri Yekaterina Tsapleva çıxış ediblər.

Həmin gün Şamaxı rayonunun Adnalı kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, rayon İH-in nümayəndələrinin, dindarların və rayon hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə dövlət-din münasibətləri, radikalizm və onunla mübarizədə dindarların vəzifələri barədə çıxışlar olub.

Son xəbərlər

Orphus sistemi