DQİDK, DİN və DTX əməkdaşları qeyri-qanuni ibadət yerinə baxış keçirib

DQİDK, DİN və DTX əməkdaşları qeyri-qanuni ibadət yerinə baxış keçirib Protokol tərtib edilərək məhkəməyə göndərilib
Din
23 Fevral , 2018 16:43
DQİDK, DİN və DTX əməkdaşları qeyri-qanuni ibadət yerinə baxış keçirib

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Bu barədə “Report”a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Son xəbərlər

Orphus sistemi