Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib Komitə sədri: "Ölkədə vətəndaşların dini etiqad azadlığı tam təmin olunub"
Din
6 Aprel , 2016 18:39
Mübariz Qurbanlı Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Bakı. 6 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri Mariyano Maciyas Quzman və Antoni Breysi qəbul edib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Mübariz Qurbanlı deyib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı tam təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.

Komitə sədri vurğulayıb ki, Yehovanın şahidlərinin Azərbaycanda icması mövcuddur və fəaliyyət göstərir.

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi