Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək Qəbul iyunun 22-də keçiriləcək
Din
19 İyun , 2017 10:04
Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
Report.az

Bakı. 19 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 22-də Qəbələdə Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Qəbələ şəhəri Mədəniyyət Mərkəzində saat 11:00-da başlayacaq. 

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi