Dövlət Komitəsi məscidlərin həyətində namaz qılınmasının qadağan olunması barədə məlumatlara münasibət bildirib

Dövlət Komitəsi məscidlərin həyətində namaz qılınmasının qadağan olunması barədə məlumatlara münasibət bildirib "Hansısa məsciddin həyətində icmanının razılığı ilə namaz qılına bilər"
Din
201
7 Aprel , 2017 10:57
Dövlət Komitəsi məscidlərin həyətində namaz qılınmasının qadağan olunması barədə məlumatlara münasibət bildirib

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyib.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir: "Bu məsələ hər bir məsciddə vəziyyət nəzərə alınaraq onların özü tərəfindən tənzimlənir. Bu hüquq da həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hər hansı bir məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləməlidir".

Şöbə müdiri bildirib ki, hansısa məsciddin həyətində namaz qılınması ilə bağlı ictimai təhlükəsizlik baxımdan problem yaranmırsa, icmanının razılığı ilə orada namaz qılına bilər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə cümə namazları zamanı məscidlərin həyətində namaz qılınmasının qadağan edildiyi barədə məlumatlar yayılıb.  

Son xəbərlər

Orphus sistemi