Bakı. 12 fevral. REPORT.AZ/ "Təəssüf ki, bəzi insanlar məscidlərə kamera qoyulması ilə bağlı məlumatı, bu prosesi yanlış başa düşürlər".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.
O qeyd edib ki, kameraların məscidlərin daxilində quraşdırılacağı haqda deyilənlər həqiqət deyil: "İnsanlar elə başa düşürlər ki, kameralar məscidin içərisində yerləşdiriləcək, imam və axundların xütbə və moizələrinə qulaq asılacaq. Bu, qətiyyən belə deyil. Bəli, məscidlərdə veb-kameralar quraşdırılacaq. Amma kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək. Bu kameraların yerləşdirilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlərinə daxil olan məsələdir".