Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib.
Din
14 Aprel , 2022 18:33
Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib.

Komitənin sədr müavini Gündüz İsmayılov "Report"müsahibəsində bildirib ki, söhbət məscid və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərindən gedirsə, bəli, onların arasında müəyyən sayda dini təhsili olmayanlar var.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, sovetlər zamanı Azərbaycanda dini təhsil ocağı olmayıb, insanlar dini çox vaxt fərdi qaydada öyrəniblər: "Ancaq indi reallıqlar dəyişib. Əgər biz desək ki, təhsilli din xadimlərimizin sayı azdır, bu, doğru olmaz. Hesab edirik ki, qanunun tələbinə uyğun olaraq dini təhsili olmayanlar dini təhsilli şəxslərlə əvəz edilməlidir. Təbii ki, bu bir həftəyə və ya bir aya həll ediləcək məsələ deyil. Amma ilk növbədə mümkün olduğu qədər qısa vaxtda bu məsələni həll etməyə çalışacağıq. Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir".

Gündüz İsmayılovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi