Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib Bakı. 24 dekabr. REPORT.AZ/ “Bu il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə 550-dən artıq tədbir keçirib”.
Din
112
24 Dekabr , 2018 10:23
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Bakı. 24 dekabr. REPORT.AZ/ “Bu il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə 550-dən artıq tədbir keçirib”.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, tədbirlərin məqsədi vətəndaşların, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli maraqlara zidd ideoloji təlimlərin yayılmasının qarşısını almaqdır. 

M.Qurbanlının sözlərinə görə, 45 minə yaxın insanın iştirak etdiyi bu tədbirlərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq-mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq edilib.

Son xəbərlər

Orphus sistemi