Diyanət İşləri Başqanı: "Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır"

Diyanət İşləri Başqanı: "Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır" Türkiyənin Diyanət İşləri Başqanı Əli Erbaş, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə telefonla zəng edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində şəhid olanlara görə başsağlığını ifadə edib.
Din
1123
29 Sentyabr , 2020 17:19
Diyanət İşləri Başqanı: Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır
Əli Erbaş

Türkiyənin Diyanət İşləri Başqanı Əli Erbaş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə telefonla zəng edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində şəhid olanlara görə başsağlığını ifadə edib.

QMİ-dən "Report"a  verilən məlumata görə, Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrinə etdiyi silahlı hücumları qınayan Diyanət İşləri Başqanı Ə.Erbaş Türk millətinin hər zaman, hər şərtlərdə olduğu kimi bu gün də azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb.

Ə.Erbaş Şeyxülislam Allahşükür Paşazadəyə başsağlığı verərək erməni təcavüzü nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfalar diləyib.

Son xəbərlər

Orphus sistemi