Dini Komitənin sədri Şamaxıda vətəndaşları qəbul edib

Dini Komitənin sədri Şamaxıda vətəndaşları qəbul edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib.
Din
23 May , 2024 18:06
Dini Komitənin sədri Şamaxıda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şamaxı şəhərində vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Bildirilib ki, qəbul zamanı Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini təhsil, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi